Bakı Avro-2020-yə hazırlaşır

  • By admin
  • 17 Noyabr 2017 23:13


2020-ci ildə 13 şəhərdə təşkil olunacaq futbol üzrə Avropa çempionatına hazırlıq işləri ilə tanış olmaq məqsədilə UEFA nümayəndələri Bakıya səfərə gəliblər.

Gununsesi.info xəbər verir ki, noyabrın 17-də AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Avro-2020-nin ev sahibi ölkələrin layihələrinin rəhbəri Guillaume Poisson və Fan-zonalar üzrə menecer Tomas Qlur ilə görüşüb.

UEFA nümayəndələrinə Avro-2020 ilə bağlı görülmüş işlər barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Qitə futbol qurumunun təmsilçiləri səfər müddətində Avro-2020 zamanı yaradılacaq fan-zonaların yerləşəcəyi ərazilərə də baxış keçirəcəklər.

Xatırladaq ki, Avro-2020-nin 4 oyunu (qrup mərhələsinin üç, dörddəbir final mərhələsinin bir görüşü) Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

 

Gununsesi.info