Bakı Hərbi Məhkəməsinə müvəqqəti sədr təyin edildi

  • By admin
  • 05 Yanvar 2023 13:16

Bakı Hərbi Məhkəməsinə müvəqqəti sədr təyin edilib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, sədr vəzifəsinin icrası hakim Zeynal Ağayevə həvalə olunub.

Qeyd edək ki, Zeynal Ağayev bir neçə gün əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Hərbi Məhkəməsinin hakimi təyin olunub.

Zeynal Ağayev bundan əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olub. Bu təyinata kimi həmin məhkəmənin sədri vəzifəsini müvəqqəti icra edib.

Gununsesi.info