Bakı metrosunda dava - OĞLAN SÖYÜŞ SÖYƏN QADINI DÖYÜB

  • By admin
  • 13 Sentyabr 2017 21:13

1505303130_qiz-davasi

Bu gün günorta saatlarında metronun “Koroğlu” stansiyasından “Ulduz”a gedən qatarda sərnişinlər arasında dava düşüb.

Gununsesi.info xəbər verir ki, hadisə şahidlərinin verdiyi məlumata görə, qatarda qadın sərnişinlərdən biri vaqonda onu itələyən oğlanı söyməyə başlayıb. Qeyri-etik ifadələr işlədən qadın oğlanı qıcıqlandırıb. Oğlan isə onunla mübahisəyə başlayıb. Bu zaman başqa sərnişin araya girib. Nəticədə sərnişinlər arasında dava düşüb və bir-birlərini şillələyiblər.

Qatar “Ulduz” stansiyasına çatanda sərnişinlər qatardan düşürdülüb.

Qeyd edək ki, mübahisə zamanı qatardakı uşaqlar ağlayıb, digər sərnişinlər narahat olublar.

Gununsesi.info