“Azadlıq prospekti”-“Nəsimi” xətti ilə hərəkət edən qatarda nasazlığın baş verməsi olub.
“Bakı Metropoliteni” QSC-ın mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Gununsesi.info-ya açıqlamasında bildirib ki, bu gün qatarların birində nasazlıq yaranıb: “Buna görə də “Azadlıq prospekti”-“Nəsimi” xəttində qatarların hərəkətində 15 dəqiqə fasilə yaranıb. Belə ki, “Azadlıq prospekti” stansiyasında platformaya yaxınlaşan qatar sərnişinləri götürdükdən sonra yoluna davam edib. Lakin bir müddətdən sonra vaqonun içərisində yanğın iyi hiss olunmağa başlayıb. Bu səbəbdən də sərnişinlər “Nəsimi” stansiyasında qatardan boşaldılıb. Bundan sonra qatar texniki baxış üçün depoya göndərilib. Problem aradan qaldırıldıqdan sonra qatarların hərəkəti bərpa edilib. Narahatlıq üçün əsas yoxdur”.
Gununsesi.info