Bakı nəqliyyatında yenilik: sürücü məsuliyyəti artırılır

  • By admin
  • 24 İyun 2016 12:19

Avtobuslar

 

Bakı Nəqliyyat Agentliyi yenilik edəcək. Gununsesi.info xəbər verir ki, Yeni Bakı Nəqliyyat Konsepsiyasına uyğun olaraq taksi xidməti göstərən fərdi sahibkarların idarə etdiyi avtonəqliyyat vasitələrində sürücünün əyləşdiyi oturacağın arxasında sürücünün adını, soyadını və hər hansı şikayət olacağı təqdirdə sərnişinin müraciət edə biləcəyi qaynar xəttin nömrəsini əks etdirən lövhə olacaq. Bu barədə agentliyin mətbuat katibi Nuridə Allahyarova öz Facebook səhifəsində məlumat verib.