Bakı razı olmadı, yeni rus komandan təyin edildi

  • By admin
  • 25 Sentyabr 2021 14:07

Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilən Rusiya sülhməramlı hərbçilərinin komandanı dəyişib.

General-leytenant Gennadi Anaşkin Rusiya sülhməramlılarının yeni komandanı təyin olunub. O, bu postda general-mayor Mixail Kosobokovu əvəzləyib.

Hazırda Ermənistan Müdafiə Nazirliyinin binasında Rusiya MN-in nümayəndə heyətilə görüş keçirilir.

Görüş əsnasında rus sülhməramlılarının yeni komandanı, general-leytenant Gennadi Anaşkin də təqdim edilib.

M.Kosobokovun isə daha yüksək vəzifəyə təyin olunacağı bildirilib.

xxx

Rusiyanın Qarabağdakı sülhməramlılarına yeni komandan təyin olunacaq.

Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, bu məlumatı “Sputnik Ermənistan” yayıb. Məlumata görə, yeni komandan general-leytenant Gennadi Anaşkin olacaq. Onun təyinatı bu gün elan olunacaq.

Qeyd edək ki, Anaşkin 1968-ci ildə Kuybışev şəhərində anadan olub. O, keçmiş Yuqoslaviyada, Çeçenistan və Gürcüstan-Rusiya müharibəsində iştirak edib.

6 sentyabrda Rüstəm Muradovun yerinə sülhməramlılara rəhbər kimi general-mayor Mixail Kosobokov gətirilib. İddiaya görə, bu təyinatdan Bakı razı deyil.

Gununsesi.info