Müğənni Tacir Şahmalıoğlu oğlu Şahmalı və “Space” kanalı ilə birlikdə Şuşaya yollanıb.
Gununsesi.info xəbər verir ki, sənətçi 30 il həsrətində olduğu torpaqlara ayaqlarını basanda kövrəlib.
Yolda düşüb toprağı öpən sənətçi göz yaşlarına hakim ola bilməyib.
Şuşadan videolar paylaşan müğənni hisslərini belə ifadə edib: “Şuşada arzu etdiyim əhdimə çatdım.Sevincimin həddi-hüdudu yoxdur. Çünki ana ocağımda həmin “Bayatı şiraz”ı oxuduğum daşın üstünə ayaq basdım, öpdüm, bağrıma basdım. 30 ildir bu dəqiqəni gözləyirdim. Şuşa sözünün burada yazılmasını gözləyirdim”.