“Rusiya Dəmir Yolları” ASC-nin sərnişin qatarlarının hərəkət cədvəllərində apardığı dəyişikliklərə əsasən, qonşu ölkəyə məxsus heyətlə hərəkət edən 391/392 nömrəli Bakı-Rostov-Bakı sərnişin qatarının hərəkət cədvəli yanvarın 27-dən dəyişdirilir.
Gununsesi.info bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir.
Məlumata görə, qatar öz dövriyyəsi ilə – payız-qış mövsümündə dörd gündən bir, yay mövsümündə isə günaşırı hərəkət etməklə, yanvarın 27-dən isə ayın tək tarixlərində saat 03:25-də yola düşəcək.














