Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəli dəyişdirilir

  • Müəllif: admin
  • 28 İyul 2017 17:16

qatar

Avqustun 1-dən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik edilir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Gununsesi.info-ya verilən məlumata görə, Biləcəri stansiyasının tək yolunda aparılan təmir işləri ilə əlaqədar olaraq, 01.08.2017-ci il tarixdən 11.08.2017-ci il tarixinədək – 10 (on) gün müddətinə – Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində qismən dəyişiklik ediləcək.

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər barədə www.ady.az saytından əldə edə bilərsiniz.

cedvel

Gununsesi.info