Bakı-Sumqayıt qatarının hərəkət cədvəli dəyişdirilir - CƏDVƏL

  • Müəllif: admin
  • 12 Oktyabr 2017 10:15

Baki-Sumqayit.-1

Oktyabrın 16-dan Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək.

Bu barədə Gununsesi.info-ya “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Biləcəri- Keşlə mənzilinin cüt yolunda aparılan təmir işlərinin başa çatması ilə əlaqədar olaraq, 16 oktyabr 2017-ci ildən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının 07.01.2017-ci il tarixdə təsdiq olunmuş hərəkət cədvəli bərpa olunacaq.

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər barədə məlumatı www.ady.az saytından əldə edə bilərsiniz.

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının (07.01.2017-ci il tarixdə təsdiq olunmuş) hərəkət cədvəli bərpa olunacaq