Bakı-Tbilisi-Qars dəmir yolundan rels oğurlamış şəxslər saxlanıldı

  • By admin
  • 07 Dekabr 2017 10:24

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Samtsxe-Cavaxeti bölgəsi üzrə departamentinin əməkdaşları 3 nəfəri oğurluq üstündə saxlayıblar.

Gununsesi.info apa-ya istinadən xəbər verir ki, DİN-nin məlumatına istinadən verdiyi xəbərə görə, həmin şəxslər noyabrın 21-də bölgənin Ninotsminda şəhərində Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin “Marabda-Kartsax” hissəsindən relslər oğurlayıblar.

Məlumatda qeyd olunub ki, saxlanılan şıxslər dəmir yolu relslərini çəkmiş “Dəmiryol Servis” MMC-nin əməkdaşlarıdır. DİN oğurlanmış relsləri maddi sübut kimi müsadirə edib. Faktla bağlı cinayət işi açılıb. Oğurluqda ittiham olunan şəxsləri 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Gununsesi.info