Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi sentyabrda başa çatacaq - NAZİR

  • Müəllif: admin
  • 29 Avqust 2017 17:46

59a5706841bf9_railway_repair_090914_02_1435776420

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi sentyabr ayında başa çatacaq.

Gununsesi.info-nun məlumatına görə, bunu “TRT Haber” telekanalına müsahibəsində Türkiyənin nəqliyyat, gəmiçilik və rabitə naziri Əhməd Arslan deyib.

Onun sözlərinə görə, hazırda layihənin Gürcüstan ərazisində tamamlanma işləri həyata keçirilir.

Nazir qeyd edib ki, tikinti başa çatdıqdan sonra, gələn ay ərzində dəmir yolunun açılışı baş tutacaq.

O, həmçinin əlavə edib ki, Qarsda logistika mərkəzinin tikintisi üzrə işlər aparılır.

Gununsesi.info