
Ermənistan ordusunda keyfiyyətli ərzaq, su və tibbi xidmətlə bağlı problemlər mövcuddur.
Gununsesi.info xəbər verir ki, Ermənistanın “Demokratiya bugün” ictimai təşkilatı ordudan təxris edilmiş 200 hərbi qulluqçu arasında sorğu keçirib.
Araşdırmalar əsasında “Ermənistanda erməni ordusunun sağlamlıq hüququnun əsas məqamları” kitabı dərc edilmişdir.
Ordudan tərxis olunan gənclərin fikrinə görə bəzi hərbi hissələrdə, döyüş mövqelərində keyfiyyətli ərzaq, qarşılıqlı nizamnamə qaydaları, tibbi xidmət, təmiz su və difər sahələrdə moxlu problemlər mövcuddur.
Sorğuda iştirak edənlər döyüş növbətçiliyi həyata keçirən hərbi hissələrdə psixoloqların olmasını vacib hesab etdiklərini qeyd ediblər.
Bu barədə kitabın müəlliflərindən biri Anna İşxanyan jurnalistlərlə söhbət zamanı bildirib.
Gununsesi.info












