
Türkiyədə “Bakı-Tbilisi-Qars” dəmir yolu layihəsinin icra vəziyyəti müzakirə olunub. “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumatda bildirilir ki, Türkiyədə səfərdə olan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ilə Türkiyə nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan ilə keçirdiyi görüşdə “Bakı-Tbilisi-Qars” dəmir yolu layihəsinin icra vəziyyətini müzakirə edib.
Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri C. Qurbanov Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tarixi, mövcud vəziyyəti, reabilitasiya, rekonstruksiya və tikintisində görülən işlər, eləcə də bu dəhlizə cəlb oluna biləcək yüklər haqqında məlumat verib.
Bildirilib ki, hal-hazırda bağlantının Gürcüstan hissəsindən Türkiyə sərhədinə qədər olan hissədə yolun üst quruluşu işləri tamamlanıb, artıq dizel ilə işləyən lokomotivlər butun yol boyunca maneəsiz hərəkət edə bilirlər. Elektrik təchizatı, işarəvermə və rabitə işləri bu ilin avqust ayına kimi tamamlanacaq və yol tam istismara veriləcək.
Türkiyə nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan isə öz növbəsində deyib ki, bağlantının Türkiyə hissəsində tikinti işlərinin çox hissəsi görülüb.
Bir çox tamamlama, eyni zamanda elektrik təchizatı, işarəvermə və rabitə işləri ilin sonuna kimi başa çatdırılıacaq.
Tərəflər yaxın gələcəkdə Azərbaycan, Gürcustan və Turkiyə rəsmilərinin iştirakı ilə “Bakı-Tbilisi-Qars” dəmir yolunun istismar şərtləri və tarif siyasətinin muəyyən edilməsi üçün üçtərəfli görüşün keçirilməsi barədə razılıq əldə ediblər.

Gununsesi.info











