Bakı-Tiflis-Qars dəmir yol xətti istismara verildi - FOTOLAR

  • By admin
  • 28 Sentyabr 2017 09:42

14e49d05adf628cf46b79b3560478412

Regionun ən böyük nəqliyyat dəhlizi olan Bakı-Tiflis-Qars dəmir yolu artıq istismara hazırdır.

Gununsesi.info xəbər verir ki, sentyabrın 27-də “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan, “Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze səhər saatlarında xüsusi qatarla Tiflisdən Axalkalaki stansiyasına gələrək dəmir yolunu istismara qəbul ediblər.

Həm Azərbaycan, həm Gürcüstan, həm Türkiyə heyətlərini hökumət üzvləri və çoxsaylı jurnalistlər müşayiət edib. Gürcüstan Dəmir Yollarının rəhbəri Mamuka Baxtadze yerli mediaya açıqlamasında bildirib ki, yaxın günlərdə Bakı-Tiflis-Qars dəmir yolu ilə yüklərin daşınması qrafiki təsdiqlənəcək.

Bakı-Tbilisi-Qars (BTQ) planlaşdırılmış dəmiryolu layihəsidir. Dəmiryolu xətti Azərbaycanın paytaxtı Bakı şəhərindən Gürcüstanın Tbilisi və Axalkalaki şəhərindən Türkiyənin Qars şəhərinə gedəcək. Bu dəmiryolu Azərbaycanla Türkiyəni birləşdirəcək.

2007-ci il, noyabr 21-də Gürcüstanın Marabda kəndində Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisinin təməli qoyulub. Hər üç ölkənin prezidentlərinin iştirakı ilə Gürcüstanın Marabda stansiyasında açılış mərasimi keçirilib.

22050869_10210299836473263_2102075582_o.jpg (90 KB)

BTQ Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baхımdan böyük bir əhəmiyyət daşıyır. Dəmiryolu vasitəsi ilə Azərbaycan beynəlхalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə edəcək. Dəmiryolu ilə bir günə Qarsa və iki gün yarıma İstanbula getmək mümkün olacaq. Bakı-Tbilisi-Qars dəmiryolu Bakı-Tbilisi-Ceyhan boru xəttindən sonra Azərbaycanın iqtisadiyyatını daha da inkişaf etdirəcək. Azərbaycanın ilk illərdə tranzitdən minimal illik gəliri 50 mln. dollar təşkil edəcək.

Dəmiryolu xəttinin tikintisinə 2005-ci ildə başlanması nəzərdə tutulsa da, həmin dövrdə maliyyə mənbələrinin olmaması tikintinin başlanmasını ləngidib. ABŞ və Avropa Birliyi Ermənistandan kənar keçdiyinə görə layihəyə qarşı çıxıblar və tikintinin maliyyələşdirilməsindən imtina ediblər. Onlar Bakı-Tbilisi-Qars dəmiryolunun tikilməsi əvəzinə Qars-Gümrü-Tbilisi dəmiryolu xəttinin açılmasını tələb edirdilər. Lakin Azərbaycan ilə Ermənistan arasında olan Dağlıq Qarabağ münaqişəsi səbəbindən bu tələblər rədd edilib və dəmiryolu xəttinin tikintisinin maliyyələşdirilməsini sonradan Azərbaycan öz üzərinə götürüb. Bu məqsədlə Azərbaycan Gürcüstana ildə 1% faiz dərəcəsi ilə 25 illiyinə 220 milyon dollar kredit verib.

Gununsesi.info