Bakı-Tiflis-Qars dəmir yolunun tikinti işləri apreldə yekunlaşacaq

  • By admin
  • 23 Yanvar 2017 16:00

btq

Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunda tikinti işləri yaxın iki-üç aya başa çatacaq.
Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat, gəmiçilik və rabitə nazir Əhməd Arslan deyib.
Onun sözlərinə görə,  uzağı aprelin sonunadək  tikinti işlərinin başa çatacağı gözlənilir.
Nazir onu da deyib ki, dəmir yolunun istismara verilməsi   hələ 2012-ci ildə planlaşdırılsa da, podratçı qurumlar arasında davam edən məhkəmə çəkişmələri tikinti müddətinin uzanmasına səbəb olub.
Türkiyəli nazir bildirib ki, Bakı-Tiflis-Qars dəmir yolu istifadəyə verildikdən sonra bu, Çindən Avropaya yük daşımaları üçün ən qısa yol olacaq.
Gununsesi.info