Bakı yollarında panduslar quraşdırılır - FOTO

  • By admin
  • 22 Yanvar 2018 22:00

Paytaxtın 5 rayonunda, ümumilikdə 415 nöqtədə hündür formada inşa edilən, əlil və uşaq arabalarının keçməsinə mane yaradan keçidlər sökülür yerində yeni panduslar hazırlanır.

Gununsesi.info xəzərxəbər-ə istinadən xəbər verir ki, ötən ilin sonlarından başlayaraq paytaxtdakı yol ayrıclarında pandusların quraşdırılmasına başlanılıb. Məqsəd əlilliyi olan yaxud da ki, uşaq arabası ilə hərəkət edən şəxslərin yolu manesiz keçməsin təmin etməkdir.

Bundan başqa paytadakı yaxınlıqında piyada keçidi olan bütün işıqforlarda səsli işıqforların quraşdırılması planlaşdırılır.

Bütün bu işlərin cari ilin birinci yarısında yekunlaşdırılması nəzərdə tutulub. Cəmiyyətdə isə bu panduslara münasibət birmənalı deyil.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, qarlı havalarda sürüşmənin qarşısını almaq məqsədi ilə pandusların tikilməsində xüsusi daşlardan istifadə edilib.

Gununsesi.info