Bakı zooparkında rəzalət -FOTOLAR

  • By admin
  • 14 İyun 2018 20:17

“4 gün əvvəl Bakı Zooparkında çəkdim və dəhşətə gəldim. Timsah və burma pitonu 5 dəqiqəyə qədər izlədim. Lakin heç biri hərəkət etmir. 5 dəqiqə ərzində timsah gözünü necə yummaya bilər? Bakı zooparkı insanları təhqir edir. ölü heyvanı diri kimi göstərməyə çalışır”.

Gununsesi.info-nun xəbərinə görə, bunu jurnalist Məlahət Nəsibova özünün sosial şəbəkədəki hesabında yazıb. Jurnalist qeyd edib ki, zoopark rəhbərliyi ölü heyvanları oraya gələnlərə diri kimi təqdim edir:

“Mən zooparkda qoxudan, natəmizlikdən, heyvanların çeşidlərinin az olmasından, boş heyvan kabinlərindən heç danışmıram. Böyüklər 2 manat, balacalar 1 manat verib zooparka gedir ki, kitablardan oxuduqları, filmlərdən gördükləri heyvanları realda da görsünlər. Lakin ölmüş heyvanı qurudub diri kimi təqdim edərək insanları aldatmağa ad qoya bilmirəm”.

Gununsesi.info