Təhsil nazirinə yeni müavin təyin olunub - AMEA-DAN GƏLDİ

  • Müəllif: admin
  • 14 İyun 2018 20:02

Prezident İlham Əliyevin sərəncamı ilə Təhsil nazirinin müavini vəzifəsinə təyinat olub.

Bu barədə Gununsesi.info-ya məlumatlı mənbədən informasiya verilib. Məlumatda qeyd olunur ki, Azərbaycan Milli Elmlər Akademiyasında çalışan Şaiq Həsən oğlu Məmmədov bu gün imzalanan sərəncamla yeni vəzifəyə təyinat alıb.

Qeyd edək ki, nazir müavini Ceyhun Bayramovun nazir təyinatından sonra bu post boş qalmışdı.

Gununsesi.info