Bakıda ən çox və ən az qazananlar kimlərdir? - İNFOQRAFİKA

  • Müəllif: admin
  • 18 Dekabr 2017 17:12

Bakı şəhəri üzrə ən yüksək əmək haqqını  mədənsənayesində çalışanlar alır. Bu sektorda orta aylıq əməkhaqqı 3313 manatdır.

Gununsesi.info bunu Dövlət Statistika Komitəsinin Bakı şəhərinin 2017-ci il üzrə sosial-iqtisadi göstəricilərinə dair hazırladığı bülletenə istinadən xəbər verir.

Ən az maaş isə səhiyyə və sosial xidmətlərin göstərilməsi sektorundadır- 24 5 manat. Digər sahələrdə isə  orta aylıq əmək haqları belə dəyişir:

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq  314 manat

Emal sənayesi  671 manat

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı  586 manat

Su təchizatı; tullantıların təmizlənməsi və emalı  444 manat

Tikinti 1062 manat

Ticarət; nəqliyyat vasitələrinin təmiri  495 manat

Nəqliyyat və anbar təsərrüfatı 759 manat

Turistlərin yerləşdirilməsi və ictimai iaşə  486 manat

İnformasiya və rabitə  958 manat

Maliyyə və sığorta fəaliyyəti  1352 manat

Daşınmaz əmlakla əlaqədar əməliyyatlar  388 manat

Peşə, elmi və texniki fəaliyyət  1012 manat

İnzibati və yardımçı xidmətlərin göstərilməsi   625 manat

Dövlət idarəetməsi və müdafiə; sosial təminat 636 manat

Təhsil   414 manat

İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət  456

Vüsalə

Gununsesi.info