
Gömrük nəzarətindən gizlədilən pirotexniki vasitələr aşkar edilərək götürülüb.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib.Yoxlama zamanı avtomobildən gömrük nəzarətindən gizlədilən hər birində 600 ədəd olmaqla 22 qutu, ümumilikdə isə 13 min 200 ədəd pirotexniki vasitələr aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Anar
Gununsesi.info












