Bakıda 6 yaşlı qıza qarşı valideynlərindən İYRƏNC ƏMƏL

  • By admin
  • 20 Aprel 2018 23:15

Balaca Xatirə hələ körpə yaşlarından valideyinləri tərəfindən dilənçiliyə məcbur edilib. Qızcığaz deyir ki, evə az pul aparanda valideynləri ona işgəncə veriblər. 6 yaşlı Xatirə həm ailəsini dolandırır, həm də iki körpə qardaşına baxırmış. Üstəlik, ev işlərini də görürmüş.

Gununsesi.info bildirir ki, bədənində yanıq izləri və zorakılıq əlamətləri olan Xatirə Bakının Nizami rayonundan tapılıb. 10 gündür sığınacaqda yaşayır. Deyir ki, evinə qayıtmaq istəmir.

Xatirə Ağstafanın Poylu kəndindən olduğunu, hazırda Bakıda kirayə yaşadıqlarını bildirir. Sığınacağa gətirilərkən üzərində 11 manat xırda pul olub. Azərbaycan Uşaqlar Birlyinin sədri Kamala Ağazadə deyir ki, Xatirə güclü zəkaya malik məntiqli uşaqdır. Sağlamlığı ilə bağlı heç bir problem yoxdur.

Xatırənin anasının adı Nuranə, atasının adı isə Suracdır. Məsələ hüquq-mühafizə orqanlarının nəzarətindədir. /xezerxeber.az

Gununsesi.info