Bakıda avtomobil aşdı: Ölənlər var

  • By admin
  • 04 Yanvar 2023 12:35

Dünən axşam Bakıda daha bir ağır yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, Suraxanı rayonu ərazisində – Hövsan yolunun 1-ci kilometrliyində 1984-cü il təvəllüdlü Eldəniz Əhmədovun yüksək sürətlə idarə etiyi “Mercedes C Class” markalı avtomobil aşaraq yolun kənarında bir neçə dəfə yuvarlanıb. Nəticədə sürücü E.Əhmədov və sərnişini, 1982-ci il təvəllüdlü Məmməd İskəndərov vəfat edib. Digər sərnişin, 1967-ci il təvəllüdlü Oqtay Qurbanov isə ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə çatdırılıb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Gununsesi.info