Bakıda avtomobil piyadanı vuraraq öldürüb

  • By admin
  • 04 Sentyabr 2017 14:20

piyade

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info APA-ya istinadən məlumatına görə, paytaxtın Nizami rayonu ərazisində, Bakı şəhər sakini Etibar Əlizadə idarə etdiyi “Mercedes” markalı maşınla yolu keçən, 1989-cu il təvəllüdlü Sahəddin Əhmədovu vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info