“Ermənistan böyük güclər üçün fahişə rolunu oynayır” - MİLLƏT VƏKİLİ

  • By admin
  • 04 Sentyabr 2017 14:30

sahib aliyev smile

“Ermənistan böyük güclər üçün bir fahişə rolunu oynayır”. Millət vəkili Sahib Alıyev bu fikri Ermənistanın NATO-nun dəstəyi ilə Gürcüstanda “Azad Ruh” adı altında keçirilən təlimlərə qatılmaqdan imtina etməsini şərh edərkən  deyib.

Gununsesi.info xəbər verir ki, millət vəkili, politoloq Sahib Alıyevin fikrincə, Ermənistanın NATO-nun təqribən bir ay öncə yenə həmən Gürcüstanda keçirdiyi təlimlərə qatılmasında və indikindən vaz keçməsində təəccüblü heç nə yoxdur: “Forpostu təlimlərə qatıldıqda Rusiya bundan incimədiyi kimi, daha qatılmaq istəməməsindən NATO-dakılar da inciyən deyil. Beynəlxalq subyekt olmayan, obyekt, həm də sərfəli obyekt, yəni alət kimi faydalanılan birisindən kimsə inciməz”.

Deputat bildirib ki, bu alətliyin başqa adı da var: “Üzrlü sayın, ancaq Ermənistana yanaşmanı və oynadığı rolu onun qədər dəqiq çatdıracaq bir kəlmə olmadığından deməliyəm: böyük güclər üçün Hayastan bir növ fahişədir. Hazırda dünyada ən çox tanınan “yan”ın pornoulduz Kim Kardaşyan olması, onun hayların və haylığın rəmzinə çevirilməsi də dediklərimizin təsdiqi deyilmi? Fahişə isə bilindiyi kimi bir gün birinin yatağında olar, başqa gün o birisinin. Bəzən ondan başqa məqsədlə də faydalanırlar-informasiya əldə etmək üçün.

Rusiyanın Ermənistanı NATO-nun təlimlərinə buraxmaqda bu dəfəki məqsədi də elə həmən təlimlərdən dəqiq informasiya əldə etmək ola bilərdi. İyulun 31-də Gürcüstanda start verilən də “Ləyaqətli Tərəfdaş” adı daşıyan həmən təlimlərdə Rusiyanı maraqlandıran bir sıra məsələlər vardı ki, onları haylar qədər içdən öyrənib nöqtəsinədək çatdıran kim olacaqdı ki? Yəni fikimcə, Ermənistan hərbiçiləri həmən təlimlərdə NATO-nun bir parçası yox, Rusiyanın görən gözü və eşidən qulağı kimi çıxış edirdilər. Xatırlatmağa ehtiyac varmı ki, haylar bu təlimlərə özü də “Birləşmiş Hərbi Qruplaşma” yaratmalarının, əslində isə Rusiya ordusunun bir hissəsinə çevirilmələri haqda anlaşmanın Kremldə təsdiqindən cəmisi 5 gün keçmiş qatılmışdılar”.

S.Alıyev əlavə edib ki, təbii olaraq NATO-da bunu gözəl bilirdilər. “Və bunu bilə-bilə də ona göz yumulmasının arxasında dayanan məntiq amerikalı həmsədrin Rusiya ilə ölkəsi arasında ziddiyyətlərin dərinləşməsinə baxmayaraq onların Dağlıq Qarabağ məsələsinə ortaq yanaşmalarının dəyişmədiyi və dəyişməyəcəyi ilə bağlı dediklərinin arxasında duran məntiqdir. Beləliklə, qərbdəkilər fahişə təbiətli ləyaqətsiz birisini “Ləyaqətli Tərəfdaş” adı daşıyan təlimlərə dəvət etməklə onu özlərininki saydıqlarını göstərirdilər. Onu göstərirdilər ki, hayların hazırda Rusiya üçün oynadıqları rolu gələcəkdə onlar üçün də oynamalarını arzulayırlar”- deyə, deputat vurğulayıb.

S.Alıyev bildirib ki, Moskvanın Ermənistanı yenə həmən Gürcüstanda keçirilən və bu dəfə isə “Azad Ruh” adı daşıyan yeni NATO təlimlərinə buraxmamasına gəldikdə isə bununla göstərmək istəyir ki, birincisi, forpostda azad ruh ola bilməz, ikincisi, qərbdəkilərin planlaşdırdıqları o, “gələcək” gəlməyəcək: “Burada həm də başqa bir məsələ də var. Bir çox tərəfdaşları Rusiyadan soruşa bilərdilər və yəqin soruşublar da ki, öz forpostunun NATO ilə sıx əməkdaşlığına göz yumub, digərlərinin bu yöndə atdığı addımlara qıcıqlı yanaşma sərgiləmək nə dərəcədə doğrudur. Və necə anlaşılmalıdır?”

Mürtəza

Gununsesi.info