Oman Sultanlığı Şura Məclisinin sədri Azərbaycana səfərə gəlib

  • Müəllif: Firuzə
  • 23 İyun 2026 21:19

Oman Sultanlığı Şura Məclisinin sədri ölkəmizə səfərə gəlib.

Milli Məclisin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə bu gün Oman Sultanlığı Şura Məclisinin sədri Xalid Hilal Nasir Əl-Maavali Azərbaycana işgüzar səfərə gəlib.

Səfər çərçivəsində Şura Məclisinin sədri Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edəcək, tədbirə qatılan bir sıra ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirəcək.

Gununsesi.info