Bakıda Azərbaycan və Hindistan XİN rəhbərlərinin görüşü keçirilir

  • By admin
  • 04 Aprel 2018 16:48

Bakıda xarici işlər naziri Elmar Məmmədyarovla Hindistanın xarici işlər naziri Suşma Svarac arasında görüş başlayıb.

Gununsesi.info-nun məlumatına görə, tərəflər arasında əvvəlcə təkbətək, daha sonra geniş tərkibdə görüş keçiriləcək.

Görüşdən sonra nazirlər mətbuata bəyanatla çıxış edəcəklər.

Qeyd edək ki, Hindistan XİN rəhbəri 5-6 aprel tarixlərində Qoşulmama Hərəkatının Nazirlər Konfransında iştirak edəcək.

Gununsesi.info