Rəqqasə Fatimə dövlət işinə düzəldi - "Şükürlər olsun ki, istəyim reallaşdı"

  • By admin
  • 04 Aprel 2018 16:42

Rəqqasə Fatimə Fətəliyeva Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasına işə düzəlib. 

Gununsesi.info axşam.az-a istinadən xəbər verir ki, bu haqda sənətçi özü xəbər verib. Fatimə bildirib ki, ad günü ərəfəsində aldığı ən gözəl hədiyyə bu olub:

“Xoşbəxtəm ki, filarmoniyanın rəqqasəsiyəm. Hər zaman çalışmışam ki, vətənimə, dövlətimə layiqli bir insan olum. Şükürlər olsun ki, istəyim reallaşdı. Buna görə xalq artisti Samir Cəfərov və prodüser Tolikə təşəkkür edirəm”.