Bakıda bir neçə yolda sürət həddi azaldılıb

  • By admin
  • 15 May 2017 22:45

1494871942-1224

 

Bakıda bir neçə yolda sürət həddi azaldılıb.

Bakı Nəqliyyat Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar iki əsas avtomagistralda – Heydər Əliyev prospekti-Hava limanı və Zığ Dairəsi-Hava Limanı yolunda hər iki istiqamətdə bütün zolaqlar üzrə sürət həddi 20 km/ saat endirilib.

 

Məqsəd, yolda hərəkətin təhlükəsizliyini təmin etməkdir.

 

Gununsesi.info