Bakıda bölmə rəisi işdən çıxarıldı

  • Müəllif: admin
  • 03 Avqust 2017 11:48

ramil

Bakıda daha bir polis bölməsinin rəisi işdən çıxarılıb.

Gununsesi.info APA-ya istinadən məlumat verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin rəisi İlham Əhmədov tutduğu vəzifədən azad edilərək sərəncama göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.

Gununsesi.info