Bakıda bu obyekt 37 milyona satışa çıxarıldı - FOTOLAR

  • By admin
  • 16 Mart 2018 10:18
Bakıda Bakıxanov qəsəbəsində yerləşən “Fındıq yetişdirilməsi və emalı əmlak kompleksi” hərraca çıxarılıb.
Gununsesi.info xəbər verir ki, bu qeyri-yaşayış sahəsi üzrə hərrac aprelin 9-da keçiriləcək. Əmlak kompleksinin hərracı açıq formada keçiriləcək. İlkin qiymət – 37 744 000 (otuz yeddi milyon yeddi yüz qırx dörd min) manatdır.
Əmlak kompleksinin tərkib hissəsi olan torpaq sahələrinin dəyəri – 10536603 manat, binalar, tikililər və tamamlanmamış tikilinin dəyəri 18950826 manat, nəqliyyat vasitələri, texnika və avadanlıqlar, digər aktivlər isə 8256571 manatdır.
Gununsesi.info