Bakıda corab istehsal olunacaq

  • Müəllif: admin
  • 06 Noyabr 2017 13:06

Azərbaycanın Pirallahı rayonunda corab istehsalı üzrə müəssisə yaradılması nəzərdə tutulub. 

Bu haqda Gununsesi.info-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Məlumata görə, Azərbaycan İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Pirallahı rayonunda prioritet sahəhələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.

Fond tərəfindən keçirilmiş işgüzar forum nəticəsində sahibkarlar tərəfindən startapların maliyyələşdirilməsi, eləcə də zeytun və badam təsərrüfatlarının, corab istehsalı müəssisəslərinin və plastik və polietilən qablaşdırmanın təkrar emalı üzrə müəssisələrin yaradılması üzrə investisiya layihələri üzrə təkliflərin qəbul edilməsi məqsədəuyğun hesab olunub.

Gununsesi.info