Anomal istilərlə bağlı nazirlikdən  XƏBƏRDARLIQ

  • Müəllif: admin
  • 30 İyun 2018 13:20

İyulun 2-dək Bakıda və Abşeron yarımadasında anomal isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 37-41° isti olacağı gözlənilir. Gununsesi.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, nazirlik  hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Qeyd olunub ki, bu da əksər əhali üçün  əlverişsiz, meteohəssas insanlar üçün  risklidir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.