Bakıda daha bir avtobus qəzası - Yaralılar var

  • By admin
  • 17 Oktyabr 2016 12:37

qeza1
Gəncədə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Gununsesi.info nun məlumatına görə hadisə şəhərin Bəxtiyar Əliyev küçəsində qeydə alınıb.
Şəhərdə 4 nömrəli xətt üzrə sərnişin daşıyan “İsuzu” markalı avtobusla “VAZ2107” markalı avtomobil toqquşub. Qəza zamanı “VAZ”-ın sürücüsü olan 1980-ci il təvəllüdlü Sənan Avazov, sərnişinlər, 1989-cu il təvəllüdlü Aynurə İbrahimova və 1987-ci il təvəllüdlü Xəyalə Musayeva müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Gununsesi.info