Ceyhun Qala müğənnilərdən şikayət etdi

  • By admin
  • 17 Oktyabr 2016 12:44

ceyhun

Müğənni və bəstəkar Ceyhun Qala məhşur müğənnilərdən şikayət edib.

Gununsesi.info ATV kanalında yayımlanan 10-larla verilişində narazılığını dilə gətirərək bildirib ki, müğənnilər onun bəstələrinə biganə yanaşırlar. Xüsusilə Röya Ayxanla Niyam Salaminin adını çəkən Ceyhun onlardan mahnısını alacağını da bildirib.

“Röya Ayxanın məndən aldığı  “ Ürəyim” mahnısı o biri məhşur ifalarından fərqlənməsə də ona klip çəkdirmədi. Mənim mahnım klip çəkdirdiyi mahnılardan heç də zəif deyildi ki, əksinə daha güclü idi. Amma o biganə yanaşdı. Niyam Salami də Atam atam deyərək başımı aldatdı mahnımı aldı əlimdən. Ümumiyyətlə bütün məhşur ifaçılkara verdiyim mahnılarımı qarşıma qoyub baxacam hansı mahnıma biganə yanaşıbsa onu özüm oxuyacam. Niyə mənim mahnılarım batmalıdır?”.

Gununsesi.info