Bakıda daha bir yol müvəqqəti bağlanacaq

  • By admin
  • 16 Dekabr 2017 13:07

Bakıda daha bir yol bağlanacaq.

Bu barədə Gununsesi.info-ya “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat veib.

Qurum rəsmisi bildirib ki, aparılacaq rənglənmə işləri ilə əlaqədar olaraq bu gün saat 22:00-dan səhər saatlarınadək Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən S.S.Axundov küçəsi ilə kəsişməsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti yol bağlanmadan hissə-hissə qismən məhdudlaşdırılacaq.

Bu üzdən sürücülərdən sözügedən yolda qeyd olunmuş saatlarda hərəkət zamanı diqqətli olmaları xahiş olunur.

Gununsesi.info