Bakıda doğuş zamanı daha bir ana öldü - HƏKİM MƏSULİYYƏTSİZLİYİ

  • By admin
  • 05 İyul 2017 11:34
2017-07-05-11-35-25ham
Azərbaycanda daha bir hamilə qadın həkim səhlənkərlığı nəticəsində dünyasını dəyişib.
Gununsesi.info xəbər verir ki, bu haqda azxeber.com-a mərhum Turanə Məmmədovanın yaxınları məlumat verib.
Onların dediyinə görə, Turanə Məmmədova “Qara Qarayev”də yerləşən 7 saylı doğum evində dünyasını dəyişib.
Hamilə olan xanımı xəstəxanada qan analizi vermədən keysəriyyə əməliyyatına salıblar. Mərhumun yaxınlarının iddiasına görə, xəstədə trombosit çatışmazlığı olub. Əməliyyat zamanı qanaxmanın qarşısını almaq mümkün olmayıb. Mərhumun uşağı isə dünyaya gəlib.
“Qara Qarayev” Xəstəxanasından portalımıza deyilib ki, məsələylə bağlı ətraflı məlumat veriləcək.
Xəstəxanada dünyasını dəyişən xanımın fotosunu təqdim edirik:
2017-07-05-11-35-25ham
Gununsesi.info