Bakıda evə basqın: Saxlanılanlar arasında bacı-qardaş da var

  • By admin
  • 08 İyun 2023 12:06

Bakıda quldurluq edilib.

DİN-dən verilən məlumata görə, iyunun 7-də gecə saatlarında bir qrup şəxsin Suraxanı rayonu ərazisindəki evlərin birindən quldurluq yolu ilə 870 manat pul, bir ədəd qızıl üzük, 2 ədəd mobil telefon, bir ədəd televizor, bir ədəd qol saatı, bir ədəd gümüş saat, bir ədəd sadə boyunbağı və sənədləri talayıb aparmaları barədə polisə məlumat daxil olub.

Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri ilə quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri H.Əkbərov, R.Əşrəfzadə və bacısı H.Əşrəfzadə saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyən olunub.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Gununsesi.info