Bakıda gənc qızı döyən şəxslər onun mobil telefonunu da əlindən alıblar

  • By admin
  • 06 Oktyabr 2019 18:06

Bakının Nərimanov rayonunda gənc qıza qarşı cinayət törədilib.

Gununsesi.org-un məlumatına görə, hadisə Atatürk prospektində qeydə alınıb.

Belə ki, Orxan və Aysel adlı şəxslər 1995-ci il təvəllüdlü Musazadə Nurlana İbrahim qızını döyüblər. Onlar daha sonra zərərçəkmişin mobil telefonunu da alıblar. N.Musazadə baş vermiş hadisə ilə bağlı polisə məlumat verib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

 

Gununsesi.org