“Bakıda güclü yağış, rayonlarda isə qar yağacaq” - NZAİRLİKDƏN XƏBƏRDARLIQ

  • By admin
  • 14 Oktyabr 2016 13:16

hava

Hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq!

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Gununsesi.info-ya verilən məlumata görə oktyabrın 15-dən 18-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv, 17-də isə yağışın güclü olacağı, şimşək çaxacağı gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi ehtimal olunur. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcəaşağı enəcək, 17-də gecə8-10, gündüz 10-12 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə oktyabrın 15-dən ikinci ongünlüyün sonunadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı olunur. Havanın temperaturu ötən günlərlə müqayisədə oktyabrın 17-18-də 4-6 dərəcə aşağı enəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Gununsesi.info