Bakıda havanın tozlanması sanitar normalara uyğundur

  • By admin
  • 25 Sentyabr 2017 13:00

baki_toz_100817

“Bu gün Bakıda havanın tərkibi və atmosfer durumu çox yaxşıdır. Havanın tərkibində hər hansı çirklənmə yoxdur. Necə deyərlər, havanın tərkibindəki komponetlərdən olan oksigen çox yüksək səviyyədə, normadan aşağı səviyyədədir”.

Bunu Gununsesi.info-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin monitorinq departamentinin direktor müavini Mətanət Avazova deyib.

Onun sözlərinə görə, havanın tərkibindəki komponentlər insanlara komfort formada nəfəs almağa imkan verir. “Ümumiyyətlə, son bir neçə gündə və qarşıdakı günlərdə insanın nəfəs almasına diskomfort yaradacaq hər hansı bir əsas yoxdur. Sadəcə küləyin qalxması ilə Bakı və Abşeronun bəzi yerlərində, xüsusən də tikinti, torpaq işləri gedən ərazilərdə, eyni zamanda qumsal ərazilərdə tozlanmanın miqdarı bir az çoxdur. Ancaq bu da sanitar  normadan artıq deyil. Bunun da sabahadək kəsilməsi gözlənilir. Ona görə ki, axşama yaxın yağışın yağması gözlənilir. Yağış olarsa, hava daha gözəl və təmiz olacaq. Bu da insanların daha komfort nəfəs almasına imkan yaradacaq”- deyə, M.Avazova bildirib.

Mürtəza 

Gununsesi.info