Bakıda içərisində 60 min dollar olan seyf oğurlandı

  • Müəllif: admin
  • 04 İyul 2017 09:30

seyf

Bakıda mənzildən oğurluq olub.

Gununsesi.info report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonu, K.Balakişiyev küçəsində qeydə alınıb.Həmin küçədəki evlərdən birində yaşayan 36 yaşlı Zaur Mirzəyevin mənzilindən açarseçmə yolu ilə içərisində 60 000 ABŞ dolları, 5 000 manat və 5 000 dollar dəyərində qızıl-zinət əşyaları olan seyf oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info