Bakıda içməli su fasilələrlə veriləcək

  • By admin
  • 22 İyun 2016 10:32

su

Bu gün Bakıda içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Gununsesi.info-ya “Azərsu” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, Nizami rayonu E.Süleymanov küçəsində su təchizatı sistemlərinin yenidən qurulması işlərinin aparılması ilə əlaqədar Bakının bəzi küçə və prospektlərində içməli suyun verilməsi dayandırılacaq. Belə ki, Qara Qarayev və Babək prospektlərinin, həmçinin E.Süleymanov və İ.Məmmədov küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq. Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlər-i əvvəlcədən xəbar edir və üzr istəyir.

HTML tutorial

Gülnaz Qənbərli