Bakıda İranın “Müqəddəs müdafiə həftəsi” ilə bağlı tədbir keçirilib

  • By admin
  • 21 Sentyabr 2016 08:00
iran-bayragi 
Bakıda İranın “Müqəddəs müdafiə həftəsi” ilə bağlı tədbir keçirilib.
Gununsesi.info xəbər verir ki, “Müqəddəs müdafiə həftəsi” ilə bağlı tədbirdə çıxış edən İranın Azərbaycandakı hərbi attaşesi Əli Seyfi 21 sentyabrdan sentyabrın 28-dək İranda “Müqəddəs Müdafiə Həftəsi” başladığını deyib.
“Müqəddəs Müdafiə Həftəsi” haqqında məlumat verə diplomat deyib ki, bu həftə İraqın  22 sentyabr 1980-ci ildə İrana qarşı elan olunmamış müharibəsinin ilk günlərini yad etmək məqsədi ilə təşkil edilir. “Belə ki, 22 sentyabrda İraq ordusu İranın Xuzistan əyalətinə hücum etməsi ilə başlayıb. Müharibənin ilk dövründə iraqlıların qazandığı uğurların qarşısı tezliklə İran ordusu tərəfindən alınmış və 1982-ci ilin iyun ayınadək İran öz işğal olunmuş torpaqlarını İraqdan geri ala bilib. Bundan sonrakı 6 ildə İran daha çox hücum əməliyyatları həyata keçirməyə başlayıb. Müharibə 20 avqust 1988-ci ildə bağlanmış atəşkəslə başa çatib və hər iki dövlət öz sərhədlərini müharibədən əvvəlki vəziyyətə qaytarib”- o, qeyd edib.
Diplomat müharibə dövründə şəhid olanların xatirəsini yad etməklə yanaşı, müharibədə iştirak edib sağlamlığını itirənlərin, veteranların müharibədə göztərdiyi şücaət haqqında geniş məlumat verib.
İranlı diplomat onu da əlavə edib ki, İslam İnqilabının ilk illərində İranda çoxsaylı alimlərə, mütəxəssislərə qarşı çoxsaylı terror hadisələri törədilib.
Diplomat eyni zamanda  son dövrlərdə  İranın nüvə silahı ətrafında yaranmış vəziyyətə toxunaraq  bildirdi ki, İranın nüvə silahı əldə etməsi hər hansı ölkəyə təzyiq və təhdid  etmək niyyəti daşımı: “Bu İranın özünümüdafiə qabliyyətini gücləndirməyə xidmət edir. Çünki İran indiyədək hər hansı ölkəyə qarşı ərazi iddiasi ilə çıxış etməyib və belə bir niyyəti də yoxdur. İranın Ali rəhbəri Ayətullah Əli Xaməneyin in dediyi kimi nüvə silahını   hücum məqsədi ilə işlətmək haramdır və biz bu fətvaya riayət edirik. Biz qonşu ölkələrlə qarşıqlı dost və sülh şəraitində yaşamışıq və bundan sonra da bu niyyətimiziə əməl edəcəyik”.
lə bağlı
İranın Azərbaycandakı səfiri Möhsün Pakayin də çıxışında İran-İraq müharibəsinin tarixinə toxunub. Səfir həmçinin Azərbaycan-İran münasibətlərindən danışaraq, iki ölkə arasında diplomatik əlaqələrin inkişaf etdiyini vurğulayıb. 
Tədbirdə digər ölkələrin səfirləri də iştirak edib. 
Gununsesi.info