
Bakının Binəqədi rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, avtoqəza Biləcəri qəsəbəsi, Natavan küçəsində qeydə alınıb.
Gununsesi.info-nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, taxta daşıyan 99 ZA 261 dövlət nömrə nişanlı “KamAz” markalı avtomobil yol ayrıcında dönərkən üzərindəki taxta yandakı avtobusun üstünə aşıb.
Nəticədə avtobus idarəetməni itirərək yolun kənarında dayanan “Opel” markalı avtomobilin üzərinə aşıb.
Həmçinin o da bildirirlir ki, hadisə zamanı “KamAz”ın daşıdığı taxtalar 99 CV 198 dövlət nömrə nişanlı “Mercedes Benz” markalı avtomobilin üstünə düşüb və həmin nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Qeyd edək ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində yüngül xəsarət alanlar var. Onlara da yerində ilkin tibbi yardım göstərilib. Avtobusdakı sərnişinlər isə ətrafdakı insanların yardımı ilə çıxarılıb.






Gununsesi.info












