Bakıda kişi dava zamanı başından bıçaqlanıb

  • By admin
  • 23 May 2023 09:16

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, Buzovna qəsəbəsində 1987-ci il təvəllüdlü Ramil Mahmudov dava zamanı bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona başın təpə-ənsə nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Gununsesi.info