Bakıda litseydə yanğın - MÜƏLLİM VƏ ŞAGİRDLƏR TƏXLİYYƏ EDİLİB

  • By admin
  • 06 Fevral 2017 13:18

yangin

Bakı şəhəri, Yasamal rayonunda Təhsil Nazirliyinə məxsus beşmərtəbəli Litseyin 4-cü mərtəbəsində ümumi sahəsi 90 m2 olan akt zalında kondisioner və 8 ədəd bir birinə bitişik oturacaqlar yanıb.

FHN-in mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən Litseyin müəllim və şagird heyyəti təxliyyə olunub. Litsey binası yanğından mühafizə edilmiş, yanğın saat 10:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Anar

Gununsesi.info