Bakıda maşın bazarında qaraçıların əlbəyaxa davası ilə bağlı araşdırma başladıldı -VİDEO

Badamdarda qaraçılar arasında kütləvi dava ilə bağlı araşdırma başlanılıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov deyib.

Bildirilib ki, baş vermiş hadisə ilə bağlı polisə müraciət daxil olmayıb:

“Lakin yayılmış görüntülərlə əlaqədar polis əməkdaşları tərəfindən artıq araşdırmalara başlanılıb”.

09:22

Bakıda bir qrup şəxsin kütləvi davası qeydə alınıb.

Bu barədə Baku.ws-in “qaynar xətti”nə məlumat daxil olub.

Hadisə Badamdar qəsəbəsində yerləşən maşın bazarında baş verib. Qadın və uşaqlardan ibarət qaraçılar bir-biri ilə əlbəyaxa davaya çıxıblar.

Görüntüləri olduğu kimi təqdim edirik:

Gununsesi.info