Bakıda maşın qiymətinə hotel nömrələri - FOTOLAR

  • By admin
  • 07 İyun 2016 07:54

Hotel rooms Baku 1

 

Bəli, belə nömrələr də var… Belə nömrələrdə qalanlar da…

Belə nömrələrdə qalmaq lap ağ olar və yalnız ağılsız insanlar bir gecəsi “Lada Granta” qiymətinə  olan nömrəyə pul verər – deyə fikirləşə bilərsiniz. Lakin elə insanlar da var ki, öz statusuna görə adi insanların qaldıqları nömrələrdə qala bilməzlər. Məhz şeyxlər, neft kralları, ölkə başçıları, ölkə Prezidentinin qonaqları və superulduzlar üçün bəzi hotellərin üst mərtəbələrini bütünlükdə ayırır və orada 1-2 böyük və dəbdəbəli nömrələr hazırlayırlar.
Buranı qızılla işlənilmiş və əsl incəsənət nümunələri kimi bəzədilmiş muzey mebelləri ilə təchiz edirlər. Ümumilikdə cibinizdə 8765 manat olmasa, seçilmişlər üçün olan bu mərtəbəyə ümumiyyətlə qalxa bilməzsiniz
.
Lakin bəzi variantlar olur. Bir neçə həftə əvvəl Bakının dəbdəbəli “Jumeirah Bilgah Beach Hotel”ində oldum və burada bir az vaxt keçirdim. İndi sizə gecəsi 8875 manatlıq hotel nömrəsinin necə göründüyünü göstərəcəm.
2.  Əgər siz “Jumeirah” hotellərindən birinə gəlmisinizə, əmin olun ki, bu hotelin sonuncu mərtəbəsində sizi 2 metr hündürlüklü mühafizə qarşılayacaq və sizin “seçilmişlər” üçün nəzərdə tutulmuş bu mərtəbəyə daxil olmağınızı əngəlləyəcək. Kartınızı ona göstərib azdığınızı deməyin xeyri yoxdur… Prezident mərtəbəsinin xollu digər mərtəbələrinkindən çox fərqlənir: ayağınızın altında əl işi olan palaz, hər yerdə bahalı qızılı mebel, divarlar isə parça ilə işlənib.

Jumeirah Bilgah Beach Hotel, Баку, Азербайджан. Май 2016

Jumeirah, Jumeirah Bilgah Beach Hotel, Jumeirah Bilgah Hotel, Jumeirah Beach Hotel, luxury tourism, luxury hotel, presidental suite, ambassador suite,
3. Koridor adi insanlar üçün nəzərdə tutulan digər mərtəbələrdəki ölçüdədir. Lakin bu mərtəbələrin divarlarında məşhur rəssamların orijinal əsərləri asılır. Qapı isə bir dənədir. Bu qapıdan digəri isə ikinci xolldadır. Bir tərəfdən prezident nömrəsi, digər tərəfdən “ambassador suite” (səfir nömrəsi). Onlar öz aralarında rəqabət apara bilərlər.
Jumeirah Bilgah Beach Hotel, Баку, Азербайджан. Май 2016
Jumeirah, Jumeirah Bilgah Beach Hotel, Jumeirah Bilgah Hotel, Jumeirah Beach Hotel, luxury tourism, luxury hotel, presidental suite, ambassador suite,
4. Bu, 3 otaqlı prezident nömrəsini mini-saray adlandırmaq olar. Qonaq otağının mərkəzində əl işi olan bahalı klassik mebel və ağ royal qoyulub. Royalda bir vaxtlar Elton Con ifa edib. Burada özünü muzeydəki kimi hiss edə bilərsiniz: gəzirsən, baxırsan və çalışırsan ki, heç nəyə əl vurmayasan. Şeyxlər isə, əminəm ki, özlərini başqa cür aparır. Burada biz özümüzü narahat hiss edə bilərik, onlar üçün bu, adidir. Dəbdəbə!
Hotel roomss
5. Geniş qonaq otağından əlavə, prezident nömrəsində daha iki otaq var: yemək otağı və yataq otağı. Görünür ki, prezidentlər və məşhurlar 0-cı mərtəbədəki restorana səhər yeməyinə düşmürlər. Onlara xüsusi olaraq yemək hazırlanır və elə nömrədə təqdim olunur…
Jumeirah Bilgah Beach Hotel, Баку, Азербайджан. Май 2016
6. Yataq otağı maksimal rahat səviyyə vəd edir. Qeyd etmək lazımdır ki, buradakı yataq həqiqətən də olduqca rahatdır…
Jumeirah Bilgah Beach Hotel, Баку, Азербайджан. Май 2016
7. Yeri gəlmişkən, bu nömrələrdə yasdıqlar və yataq örtüləri də əl işləridir. Bəzi dekor elementləri kimi…

Jumeirah Bilgah Beach Hotel, Баку, Азербайджан. Май 2016

8. Divar rəsmləri orijinaldırlar…
Hotel roomss
9. Prezident otaqlarının satinar qovşaqları – ayrıca sənət nümunəsidir. Belə deyək, muzey içində muzey: hər yer mərmərlə işlənib, santexnika, furnitur və hətta elektrik qovşaqları qızılla işlənib.
10. Bu, çin siluminidir…
11. Qonaq tualetində divarlar parça ilə işlənib. Unitazlar da qızıldan deyil, adidirlər… Saxsıdan…
12. Prezident lüksünün əsas otaqlarından əlavə, əlavə-köməkçi otaqlar da var: yemək hazırlanması üçün, xidmətçilər, köməkçilər, mühafizə üçün və uşaqlar üçün ayrıca otaq. Uşaq otağı prezident otağından  heç də pis sayılmaz.
13. Adətən hotellərdə bir ədəd belə nömrə olur, Bakıda bu ikidir. “President suite”dan əlavə, burada “Ambassador suite” də var, burada qiymətlər nisbətən ucuzdur. Gecəsi cəmi 6169 manat.
14. Ambassador nömrəsində də 3 otaq var – geniş qonaq otağı, yataq və yemək otağı.
15. Bu yemək otağıdır. Burada prezident otağındakı kimi isti, krem rəngləri deyil, soyuq-polad rənglər üstünlük təşkil edir.
16. Yataq otağı…
17.İnteryerin hər elementi sizin monarxlar üçün nəzərdə tutulmuş apartmantda oturduğunuzu bir daha vurğulayır…
18. Bu nömrədəki əsas sanitar qovşağı prezident otağındakından heç nə ilə fərqlənmir, lakin qonaq tualetindəki möhtəşəm güzgünün yanından sakitcə ötə bilməyəcəksiniz. Güzgünün çərçivəi büllurdandır və güzgünün özündən böyükdür.
21. Və əlbəttə ki, hər iki nömrənin eyvanından açılan mənzərə! Sonuncu mərtəbə hündürlüyündən Xəzər dənizinə əla panorama açılır. Ona görə, şeyx şəfəqi izləmək istəsə, burada onun otaqdan çıxmadan öz instagram səhifəsi üçün əla şəkil çəkdirmək imkanı var. Burada günəş dənizin ortasından çıxır…