Paris yaxınlığında yanğın olub: 5 ölü

  • By admin
  • 07 İyun 2016 08:28

Yanginnə

Paris şəhəri yaxınlığındakı Sen-Deni bölgəsində yaşayış evində baş verən güclü yanğın nəticəsində azı 5 nəfər ölüb. Gunusesi.info

xəbər verir ki, ilkin məlumatlarda 12 nəfərin xəsarət aldığı, onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilirdi.

Son məlumata əsasən, yaralılardan 3-ü yanğını söndürmək üçün hadisə yerinə cəlb edilən yanğınsöndürənlərdir. Yerli vaxtla saat 19:30-da başlayan yanğın üç saat davam edib. İnsidentin başvermə səbəbləri hələ ki, məlum deyil. (AFP, APA)